Parodontal kartın istifadə qaydaları

Parodontoloji kartın doldurulması üçün aşağıdakı məlumatlar daxil edilməlidir: dişlərin laxlaması, furkasiya zədələnmələri, diş əti kənarı (mm), cib dərinliyi (mm) və qeydlər. Parodontal cibləri müəyyən edən mavi kölgəli sahə diş əti kənarına aid olan qırmızı xətt və parodontal birləşmə səviyyəsinə (parodontal cibin dərin hissəsi) aid olan mavi xətt müəyyən edildikdən sonra avtomatik olaraq əks olunacaqdır.

Furkasiyaların zədələnməsinin dərəcəsi dairə ilə işarələnir. Boş dairə (1-ci dərəcə), yarı dolu (2-ci dərəcə) və tam dolu dairə (3-cü dərəcə).

Manual for the digital recording of the online periodontal charting tool

Hər hansı bir dişin nömrəsinə klikləsəniz, dişin uzərindən vizual olaraq xətt çəkiləcək və bütün dəyərləri silinəcəkdir. Dişin bütün dəyərlərini sıfırlamaq üçün SHIFT düyməsini sıxıb saxlayın və dişin nömrəsini klikləyin.

İmplant düyməsinə klikləməklə diş simvolu implant simvolu ilə əvəz olunacaqdır.

Zondlama zamanı qanama (ZZQ) və ərp indeksi diş başına altı yerdə (müvafiq olaraq üç bukkal və üç oral nahiyyələrdə) qeydə alınacaqdır.

Dəyərləri daxil etdikdən sonra kursoru avtomatik olaraq növbəti xanaya keçirmək üçün TAB düyməsini basın.

Furkasiya düyməsinə təkrar basmaqla furkasiya zədələnmləri dərəcəsini qeyd etmək mümkündür:
1 klik: 1-ci dərəcə
2 klik: 2-ci dərəcə
3 klik: 3-cü dərəcə
4 klik: sıfırlamaq

Qeyd düyməsinə klikləməklə, hər bir diş üçün qısa qeydlər daxil edə bilərsiniz.

Qeyd:

Zondlama zamanı qanama və Ərpin qeydiyyatı sadələşdirilə bilər:

"ƏRP" və ya "ZONDLAMA ZAMANI QANAMA" etiketinə klikləməklə bütün sətirdə olan xanalar qeyd olunacaq. Eyni etiketləri SHIFT düyməsini sıxıb klikləməklə müvafiq sətirləri sıfırlayacaqdır.

SHIFT düyməsini basıb saxlamaqla, xanaları sadəcə siçan oxunu gəzdirməklə (klikləməklə deyil) aktivləşdirmək olar.


Parodontoloji kartı necə yaddaşda saxlamaq olar

Parodontoloji kart mətn sənədi kimi sərt diskin yaddaşında saxlanıla bilməz. Bundan əlavə, bu sayt karta daxil edilmiş heç bir məlumatı yaddaşda saxlamır.

Bununla belə, alternativ olaraq sayt həm Apple Macintosh, həm də Windows kompüterlərində PDF faylı kimi yaddaşda saxlanıla bilər. "Çap et" düyməsindən istifadə edərək aşağıdakı seçimlərdən birini etmək üçün çap ayarları açılacaq: Adobe PDF və ya FreePDF. İstifadəçi OK düyməsini basmaqla fayl adı və PDF faylının saxlanacağı yeri seçmək imkanını əldə edəcək.

Print

Çap menyusunda "PDF olaraq saxla" seçin.

Online periodontal charting tool print preview

Qeyd:

Kağız ölçüsü A4 formatında təyin edilməlidir. Lazım gələrsə (məsələn, Apple Safari-də), məzmunun miqyası 100%-dən aşağı kiçildilə bilər.

Yüklə

Klinik məlumatlar eyni vaxtda elektron şəkildə qeydə alına bilmirsə, aşağıdakı kart əl ilə tərtib edilib və sonradan köçürmək üçün istifadə oluna bilər.

Periodontal chart scoring sheet

Yükləyin: Parodontoloji Kartın Qiymətləndirmə Vərəqi

EN_Periodontal_Chart_Scoring_Sheet.pdf PDF

EN_Periodontal_Chart_Scoring_Sheet.xlsx Excel

Kliniki parodontoloji kartın kalibrlənməsi

Kliniki parodontoloji kartının doldurulmasının məqsədi hər bir diş və ya implant ətrafında altı nahiyyədə diş əti çəkilmələri, cib dərinlikləri və birləşmə səviyyələri haqqında məlumatları qeyd etməkdir. Bütün ölçmələr üçün parodontoloji zondun istifadəsi tövsiyyə olunur.

1. Diş əti kənarı, cib dərinliyi və birləşmə səviyyəsi

Hər bir nahiyyədə ilkin olaraq "Diş ətinin kənarı"nın dəyəri müəyyən edilir, daha sonra "Cib dərinliyi" ölçülür. "Birləşmə səviyyəsi"nin dəyəri parodontoloji kartda avtomatik hesablanır və kartda mavi xətt ilə göstərilir.

"Diş əti kənarı" ilk göstərici olaraq klinik diş əti kənarından istənilən istinad nöqtəsinə, əksər hallarda mina-sement birləşməsinə qədər olan məsafədir. Qapaq kənarları və restavrasiyaların kənarları mina-sement birləşməsindən (CEJ) ən azı 3 mm apikal olması şərti ilə istinad kimi seçilməlidir, əks halda orijinal mina-sement birləşməsi yerində virtual istinad xətti seçilməlidir.

İkinci göstərici "Cib Dərinliyi" müvafiq olaraq diş əti kənarı ilə diş əti şırımın və ya parodontal cibin dibləri arasındakı məsafədir.

Hər bir nahiyyə üçün "Birləşmı Səviyyəsi" aşağıdakı düstur əsasında hesablanacaq:

Cib dərinliyi (mm) – Diş əti Kənarı (mm) = Birləşmə səviyyəsi (mm)

Sağlam parodont

Sağlam parodontda mina-sement birləşməsi diş əti kənarının altında və birləşmə səviyyəsindən dərhal yuxarıda yerləşir. Parodont sağlam olan nahiyyələrdə birləşmə itkisi müşahidə edilmir.

Göstərilən halda, diş əti kənarı (1) və cib dərinliyi (2) dəyərləri eynidir.

Probing healthy periodontium

Yuxarıdakı şəkildə, birləşmə səviyyəsi aşağıdakı düstur əsasında hesablana bilər:

Birləşmə səviyyəsi 0mm = Cib dərinliyi 2mm – Diş əti kənarı 2mm

Sağlam peri-implant toxumalar

Sağlam peri-implant nahiyyələrdə ortopedik suprastrukturun kənarı peri-implant mukoza kənarından bir qədər aşağıda yerləşir. Sağlam peri-implant nahiyyələrdə alveolar sümük itkisi yoxdur.

Probing healthy implant

Yuxarıdakı şəkildə alveolar sümük (birləşmə) səviyyəsi aşağıdakı düstura əsasən hesablana bilər:

Alveolar sümük (birləşmə) səviyyəsi 2mm = Cib dərinliyi 3mm – Mukoza kənarı 1mm

Diş əti hiperplaziyası (həddindən artıq böyümə)

Bəzi hallarda sement-mina birləşməsi diş əti kənarından xeyli aşağıda, lakin birləşmə səviyyəsindən dərhal yuxarıda yerləşə bilər. Bu, diş əti böyüməsi və ya diş əti hiperplaziyası hallarında baş verir.

Bu halda, yenə də diş əti kənarı (1) və cib dərinliyi (2) üçün hər iki dəyər eynidir.

Probing gingival overgrowth

Yuxarıdakı şəkildə, birləşmə səviyyəsi aşağıdakı düstur əsasında hesablana bilər:

Birləşmə səviyyəsi 0mm = Cib dərinliyi 5mm – Diş əti kənarı 5mm

Qeyd: Yalançı ciblər birləşmə itkisi ilə müşahidə olmayan 4 mm və daha dərin ciblərə aiddir.

Estetik nahiyyədə sağlam peri-implant toxumalar

Estetik nahiyyədə sağlam peri-implant toxumaları ortopedik suprastrukturun kənarı peri-implant selikli qişasının kənarından daha aşağıda yerləşir. Estetik nahiyyədə sağlam peri-implant olan nahiyyələrdə alveolar sümük itkisi yoxdur.

Probing deep healthy implant

Yuxarıdakı şəkildə alveolar sümük (birləşmə) səviyyəsi aşağıdakı düstura əsasən hesablana bilər:

Alveolar sümük (birləşmə) səviyyəsi 2mm = Cib dərinliyi 5mm – Mukoza kənarı 3mm

Parodontal cib

Bəzi xəstəlikli nahiyyələrdə mina-sement birləşməsi diş ətinin kənarından bir qədər aşağıda və ya yuxarıda yerləşə bilər. Diş əti kənarı ilə parodontal cibin dibi arasındakı məsafə parodontal cib dərinliyi kimi qeyd olunur (2).

Probing periodontal pocket

Yuxarıdakı şəkildə, birləşmə səviyyəsi aşağıdakı düstur əsasında hesablana bilər:

Birləşmə səviyyəsi 5mm = Zondlama dərinliyi 7mm – Diş əti kənarı 2mm

Qeyd: Aktiv parodontal müalicədın sonra >4 mm dərin olan parodontal ciblər qalıq ciblər adlandırılır.

Peri-implant cib

Peri-implantitli nahiyyələrdə ortopedik suprastrukturun kənarı peri-implant mukozanın kənarından bir qədər aşağıda və ya yuxarıda yerləşə bilər. Peri-implant mukozanın kənarı ilə peri-implant cibin dibi arasındakı məsafə peri-implant cib dərinliyi kimi qeydə alınır (2).

Probing periimplantitis

Yuxarıdakı şəkildə alveolar sümük (birləşmə) səviyyəsi aşağıdakı düstura əsasən hesablana bilər:

Alveolar sümük (birləşmə) səviyyəsi 6mm = Cib dərinliyi 7mm – Mukoza kənarı 1mm

Diş əti çəkilməsi

Diş əti çəkilməsi diş əti kənarının mina-sement birləşməsinə nisbətdə apikal yerləşdiyi zaman müşahidə olunan vəziyyətdir. Diş əti kənarı (1) kimi qeyd edilən dəyər mənfi dəyər kimi qeyd edilməlidir.

Probing gingival recession

Yuxarıdakı şəkildə, birləşmə səviyyəsi aşağıdakı düstur əsasında hesablana bilər:

Birləşmə səviyyəsi 5mm = Cib dərinliyi 2mm – Diş əti kənarı 4mm

Peri-implant mukozanın çəkilməsi

Peri-implant mukozanın çəkilməsi, mukoza kənarı ortopedik suprastrukturun kənarına nisbətdə apikalda yerləşdiyi zaman müşahidə olunan vəziyyətdir. Mukozanın kənarı (1) kimi qeyd olunan dəyər mənfi dəyər kimi qeyd edilməlidir.

Probing periimplant recession

Yuxarıdakı şəkildə alveolar sümük (birləşmə) səviyyəsi aşağıdakı düstura əsasən hesablana bilər:

Alveolar sümük (birləşmə) səviyyəsi 4mm = Cib dərinliyi 2mm – Mukoza kənarı 2mm

Hər bir diş və ya implant üçün altı nahiyyə

Həm parodontal ciblərin, həm də birləşmə səviyyələrinin ölçülməsi üçün hər bir diş və ya implant üçün altı nahiyyənin seçilməsi vacibdir. Hər bir diş və ya implant okkluziyal tərəfdən müşahidə edildikdə altı hissəyə bölünür. Hər bölmə üçün ən dərin parodontal və ya peri-implant cib dərinliyi olan nahiyyə qeyd edilir.

Probing six sites per tooth

Parodontoloji zondun yerləşmə bucağı

Parodontoloji zond dişin kök səthi boyunca parodontal ciblərin dərinliklərini ölçmək üçün daxil edilir. Alət dişin uzun oxuna paralel olaraq, müvafiq olaraq mezio-distal istiqamətdə A və ya B bucaqlı olmalıdır (bukkal-linqval istiqamətdə olan bucaqlardan istifadə etməyin).

Angulation of the periodontal probe

2. Furkasiya zədələnmələrinin dərəcələri

Üst çənənin bütün azı və birinci kiçik azı dişlərinin furkasiyaları furkasiya zondu ilə qiymətləndirilməlidir. Zondlamanın üfüqi komponenti aşağıdakı meyarlara uyğun olaraq qiymətləndirilir (0 - 3) (Hamp et al., 1975):

Probing furcation

Dərəcə 0 = Furkasiya zədələnməsi aşkar edilmir

Dərəcə 1 = Üfuqi komponenti ≤3mm olan furkasiya zədələnməsi

Dərəcə 2 = Üfuqi komponenti >3mm olan furkasiya zədələnməsi

Dərəcə 3 = Furkasiya hər tərəfli keçicidir

3. Dişin laxlaması

Dişlərin laxlaması iki düz uclu alətlər ilə müəyyən edilməli və meyarlara uyğun olaraq qiymətləndirilməlidir (Miller, 1950):

Dərəcə 0 = Normal (fizioloji) laxlama

Dərəcə 1 = Aşkar edilə bilən laxlama (üfuqi istiqamətdə 1mm-ə qədər)

Dərəcə 2 = Aşkar edilə bilən laxlama (üfuqi istiqamətdə 1mm-dən çox)

Dərəcə 3 = Aşkar edilə bilən vertikal laxlama

Ədəbiyyat

Miller S. C., Textbook of Periodontia, 3rd edition, The Blakiston Co., Philadelphia and Toronto,1950.

Hamp S. E., Nyman S., Lindhe J., Periodontal treatment of multirooted teeth. Results after 5 years. J. Clin. Periodontol. 1975;2:126–135. doi: 10.1111/j.1600-051X.1975.tb01734.x.